Dünyanın ən yaşlı sakini vəfat etdi

dunyanin-en-yasli-sakini-vefat-etdi
Oxunma sayı: 3453

Dünyanın ən yaşlı sakini Tənzilə Bisembeyeva 123 yaşında Rusiyanın Həştərxan vilayətində dünyasını dəyişib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “Rossiyskaya qazeta” xəbər verib.

Bisimbeyeva 1896-cı il martın 14-də Qazaxıstanda anadan olub, uzun illər Rusiyada yaşayıb. Qadın Rusiyanın Rekordlar kitabına düşüb.

Hazırda, Ginnesin Rekordlar kitabının versiyasına görə, dünya rekordunu 116 yaşlı yaponiyalı uzunömürlü qadın Kane Tanaka qoruyub saxlayır.