Dünyanın ən yaşlı sakini odur

dunyanin-en-yasli-sakini-odur
Oxunma sayı: 3058

Rusiyanın Pensiya Fondu Moskvanın ən yaşlı təqaüdçüsünün yaşını açıqlayıb. “Qafqazinfo”nun məlumatına görə, ad və soyadı gizli saxlanılan qadının 2019-cu ildə 119 yaşı tamam olub.

“Biz bazamızda təqaüd alan iki uzunömürlü qadın görürük. Onlardan biri 1900-cü il təvəllüdlüdür. O, Moskvanın şimalında Koptevo rayonunda qeydiyyatdadır. İkinci 1909-cu ildə anadan olub və Qolyanov şəhər qeydiyyatındadır”, - fondun nümayəndəsi bildirib.

Qeyd edək ki, hazırda rəsmi olaraq dünyada yaşayan ən yaşlı insan Yaponoyanın Fukuoka şəhərindən olan 116 yaşlı Kane Tanakadır. 2019-cu il martın 9-da onun adı “Ginnesin rekordlar kitabı”na salınıb. Amma əgər Pensiya Fondu heç nəyi səhv salmayıbsa, belə çıxır ki, dünyanın ən yaşlı insanı Moskva şəhərində yaşayır.