Dünyanın ən ağıllı şəhərləri açıqlandı

dunyanin-en-agilli-seherleri-aciqlandi
Oxunma sayı: 3613

Sinqapur, Oslo və Sürix dünyanın ən ağıllı (texnoloji cəhətdən) şəhərlərinin siyahısının ilk pillələrində qərarlaşıblar. “Qafqazinfo”nun “Lenta.ru”ya istinadən məlumatına görə, bu, Dünya Rəqabətqabiliyyətlilik Mərkəzinin (IMD) "Smart City" Rəsədxanası və Sinqapur Texnologiya və Dizayn Universitetinin  birgə araşdırması ilə təsbit edilib.

Onluğa, həmçinin, Cenevrə, Kopenhagen, Oklend, Taybey, Helsinki, Bilbao və Düsseldorf şəhərləri daxil edilib.

Hesablamalarda əsasən səhiyyə, vətəndaşların təhlükəsizliyinin təminatı, mobillik (nəqliyyatın əlçatanlığı), ictimai aktivlik, imkanlar və şəhərin idarəedilməsi kimi göstəricilər nəzərə alınıb.