Dünənki oyunda rusiyalı azarkeş vəfat edib - Foto - Yenilənib

dunenki-oyunda-rusiyali-azarkes-vefat-edib
Oxunma sayı: 7135

Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən “Sabah” – “Barselona” qarşılaşmasını izləmək üçün Rusiyadan Azərbaycana gələn azarkeş stadionda vəfat edib.

“Qafqazinfo” “Teleqraf”a istinadən xəbər verir ki, hadisə oyunun ikinci hissəsində Bakı Olimpiya Stadionunda qeydə alınıb.

Qarşılaşmanı tribunadan izləyən Rusiyanın Krasnoyarsk diyarından Bakıya gəlmiş 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişevin qəfil halı pisləşib. O, stadionda dünyasını dəyişib.

Mərhumun meyiti müayinə üçün morqa təhvil verilib.

İlkin ehtimala görə, azarkeşin ölümünə ürəktutma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

***

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, ötən gün saat 20:25 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, Milli Olimpiya Stadionundan çağırış qeydə alınıb. 

Çağırış ünvanına təcili tibbi yardım briqadası göndərilib.

Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb.