Doğan Cüceloğlu evində ölü tapıldı

dogan-cuceloglu-evinde-olu-tapildi
Oxunma sayı: 2928

Tanınmış türkiyəli psixoloq və yazıçı Doğan Cüceloğlu vəfat edib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, onun meyiti İstanbulun Beşiktaş səmtindəki evində aşkarlanıb.

Onun meyitini həyat yoldaşı aşkarlayıb. 

Hadisə yerinə rayon polis şöbəsinin əməkdaşları cəlb edilib. Ölümə ilkin səbəb kimi Cüceoğlunun yıxılması göstərilir. Araşdırmalar davam etdirilir.