Dənizdə batan 20 yaşlı Nəsrəddinin meyiti tapıldı

denizde-batan-20-yasli-nesreddinin-meyiti-tapildi
Oxunma sayı: 561

Ötən həftə Sumqayıt Dənizkənarı Bulvarın ərazisində dənizdə batan şəxsin meyiti tapılıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

“Noyabrın 18-i Sumqayıt şəhəri, Sumqayıt Dənizkənarı Bulvarının ərazisində dənizdə batan 2006-cı il təvəllüdlü Nəsrəddin Sədrəddin oğlu Şahaliyevin meyiti nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən 600 m aralı, nəzarətsiz ərazidə suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, - məlumatda deyilir.

Qeyd edək ki, N.Şahaliyev Milli Aviasiya Akademiyasının 4-cü kurs tələbəsi imiş.