Dəmir yolunu keçən piyadanı qatar vurdu

demir-yolunu-kecen-piyadani-qatar-vurdu
Oxunma sayı: 2206

Daha bir piyada diqqətsizliyi ağır qəzaya səbəb oldu.

“Qafqazinfo” xəbər verir ki, bu gün saat 20:05 radələrində ADY-yə məxsus sərnişin qatarı Bakıxanov-Sabunçu sahəsində hərəkətdə olarkən bir nəfər naməlum şəxs dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib.

Maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs ağır bədən xəsarətləri alıb.