Daşkəsən sakini bıçaqlandı - Qayınatası tutuldu

daskesen-sakini-bicaqlandi
Oxunma sayı: 712

Daşkəsəndə bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, insident rayonun Almalı kəndində qeydə alınıb.

Abil Verdiyev bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb.

Hadisəni törətməkdə şübhəli bilinən onun qayınatası 1975-ci il təvəllüdlü Əli Ələsgərov polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev