Darçiyev vəfat etdi

darciyev-vefat-etdi
Oxunma sayı: 1965

Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Görkəmli diplomat, təcrübəli rəhbər, mehriban yoldaş və müəllim aramızdan ayrıldı. Əsl peşəkar və Amerika məsələləri üzrə parlaq mütəxəssis olan A. N. Darçiyev Rusiya xarici siyasətinin ən mühüm istiqamətlərindən birində çalışırdı”, – deyə bəyanatda qeyd olunub.

Nazirlik səfirin bu gün, 66 yaşında vəfat etdiyini bildirib.

Xatırladaq ki, martın 6-da Rusiya Prezidenti Vladimir Putin Darçiyevin ABŞ-yə səfir təyin edilməsi haqqında sərəncam imzalamışdı.