Da Vinçi – 500: Luvrda yubiley sərgisi - Video

da-vinci-500-luvrda-yubiley-sergisi
Oxunma sayı: 1377

Fransanın Luvr muzeyində rəssam, heykəltəraş, memar, riyaziyyatçı və alim Leonardo da Vinçinin 500 illik yubileyi münasibəti ilə çoxdan gözlənilən və ən bahalı sərgi təşkil olunub.

“Qafqazinfo”nun “MİR 24”ə istinadən məlumatına görə, kuratorlar bütün dünyadan 160 şəkil, heykəllər, məktublar, şəkillər və çertyojlar toplaya bilib. Ekspoziyaya 4 ay müddətinə kraliça II Yelizavetada olan işlər də verilib. Bundan əlavə, Peterburqun Ermitaj muzeyində saxlanılan “Madonna Benua” əsəri də gətirilib.  

Rəssamın ən məşhur “Mona Liza” əsəri isə sərgidə virtual vizuallıq texnologiyası ilə təqdim edilib. Şəkil həmənki yerində, Luvrun daimi ekspozisiya zalında gülləkeçirməz şüşənin altında qalacaq.

Sərgidə da Vinçinin şedevrlərinin araşdırmalarının nəticələri də təqdim edilib - infoqırmızı şüalar şəklin əsasını görməyə imkan verir.

Sərgi 2020-ci ilin 24 fevral tarixinə qədər davam edəcək. Şedevrlərin yarım milyondan çox insan tərəfindən baxılacağı gözlənilir.