Çindəki zəlzələdə ölənlərin sayı 131 nəfərə çatdı

cindeki-zelzelede-olenlerin-sayi-131-nefere-catdi
Oxunma sayı: 1311

Çinin şimal-qərbində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 131 nəfərə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Çin mətbuatı məlumat yayıb.

Bildirilib ki, 113 nəfər ölkənin şimal-qərbindəki Qansu əyalətində, 18 nəfər Çinin qərbindəki Çinxay əyalətində ölüb.