Çin və ABŞ liderləri bir ildən sonra görüşdülər

cin-ve-abs-liderleri-bir-ilden-sonra-gorusduler
Oxunma sayı: 2868

ABŞ Prezidenti Co Bayden və Çin lideri Si Cinpin təxminən bir ildən sonra ilk üz-üzə ikitərəfli danışıqlara başlayıblar.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, iki ölkə liderinin hazırkı görüşü San-Fransiskodan (Kaliforniya) təxminən 40 km cənubda yerləşən və ABŞ tarixi və memarlığının abidəsi olan Filoli malikanəsində keçirilir.

Çin və Amerika liderləri arasında danışıqlar Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) San-Fransiskoda keçirilən sammiti çərçivəsində keçirilir.