“Çin Karqo”dan 100 min manatlıq ianə

cin-karqodan-100-min-manatliq-iane
Oxunma sayı: 4749

Prezident İlham Əliyevin Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarının qarşısını almaq məqsədilə səsləndirdiyi çağırışına “Çin Karqo” şirkəti də qoşulub.

"Qafqazinfo" xəbər verir ki, “Çin Karqo” şirkətinin rəhbəri Şamil Heydərov cənab Prezidentin imzaladığı 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmana əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat ianə edib.