Çin ABŞ-ın donuz ətinə möhtacdır

cin-abs-in-donuz-etine-mohtacdir
Oxunma sayı: 1793

Afrika taunu xəstəliyi səbəbindən Çində donuz əti qıtlığı yaranıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu səbəbdən Çin ABŞ-ın köməyinə müraciət edib. Belə ki, yerli şirkətlr Vaşinqtondan 100 min ton donuz əti almaq istəyir.

Qeyd edək ki, Afrika taunu Çində donuzların sayını 40%-dək azaldıb. Çin dünyada ən böyük donuz əti istehlakçısıdır. Ehtimallara görə, ölkənin ətlə bağlı problemi 2020-ci ilin ortalarında yoluna qoyulacaq.