Ceyranbatanda ağır qəza, ölən var

ceyranbatanda-agir-qeza-olen-var
Oxunma sayı: 2609

Bakı-Sumqayıt yolunun Ceyranbatan qəsəbəsindən keçən hissəsində ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 1960-cı il təvəllüdlü Sərdarov Əhməd Qərib oğlu ağır bədən xəsarətləri alıb.

Yaralı Sumqayıt təcili tibbi yardım xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq, 62 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.