Ceki Çan Bakıda - Video

ceki-can-bakida
Oxunma sayı: 2918

“Oskar” mükafatlı dünyaca məşhur aktyor Ceki Çan Bakıya gəlib.

“Qafqazinfo” xəbər verir ki, tanınmış ulduz “Armour of God IV: Ultimatum” (“Tanrının zirehi 4: Ultimatum”) adlı filmin çəkilişləri üçün ölkəmizə səfər edib

Filmin çəkilişlərinin Qazaxıstanda və Azərbaycanda baş tutacağı bildirilir.

Qeyd edək ki, 72 yaşlı aktyor sözügedən filmdə yenidən məşhur “Asian hawk” (“Asiya qartalı”) obrazını canlandıracaq. Ekran işinin kadrlarında İçərişəhər, Dağüstü park, Bakı funikulyoru, Yaşıl teatr və Fəvvarələr meydanı yer alacaq.

Xatırladaq ki, “Tanrının zirehi 4: Ultimatum” filminin premyerasının 2027-ci ildə baş tutması planlaşdırılır.