Dünyanın ən varlı adamı və “Amazon”un yaradıcısı Ceff Bezos ikinci dəfə evlənir.
“Qafqazinfo” xəbər verir ki, o, jurnalist sevgilisi Lauren Sançezə yeni yaxtasında gəzinti zamanı evlilik təklifi edib.
Məlumata görə, Bezos ona brilyant qaşlı üzük hədiyyə edib.
Qeyd edək ki, Bezos daha əvvəl Makkenzi Skottla evli olub. Onların 25 illik evliliyindən dörd övladı dünyaya gəlib. Ayrılığa səbəb Bezosun ona L. Sançezlə xəyanət etməsi olub.
Boşandıqdan sonra Bezos keçmiş xanımına “Amazon” səhmlərinin bir hissəsini verib, bu da Skottu dünyanın ən zəngin qadınlarından biri edib.
L. Sançez isə iki dəfə ailəli olub. Onun üç övladı var.
Həmçinin oxuyun: Пусть ваш новый дом будет от Yelo Bank