Cəbhə bölgəsində polis 24 saat xidmət edir - Video

cebhe-bolgesinde-polis-24-saat-xidmet-edir
Oxunma sayı: 5062

Artıq bir neçə gündür axşam saatlarında ölkənin bəzi şəhər və rayonlarında komendant saatı tətbiq edilir. 

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, bununla əlaqədar polis və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən Bakı şəhəri ilə yanaşı bölgələrdə də postlar qurulub. 

Cəbhəyanı bölgələrdə polis əməkdaşları günün 24 saatı ictimai-asayişi təmin etmək üçün xidmətlərini yorulmadan davam etdirirlər.