“Bununla bağlı hər hansı bir şərh vermək istəməzdim” - Ceyhun Bayramov

bununla-bagli-her-hansi-bir-serh-vermek-istemezdim
Oxunma sayı: 1088

“Bu gün Ermənistan Baş naziri Nikol Paşinyan ictimai müzakirələr üçün Ermənistan cəmiyyətinə yeni Konstitusiyanın mətnini açıqladı. Bununla bağlı hər hansı bir şərh vermək istəməzdim. Bu, Ermənistanın daxili məsələsidir. Azərbaycan üçün önəmli olan orada yalnız bir məsələdir, çünki hazırda mövcud olan konstitusiyada Azərbaycana dair ərazi iddiaları var. Və bizi maraqlandıran yeni konstitusiyada belə bir iddiaların qeyd olunmamasıdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani ilə birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, açıqlanan yeni layihədə belə bir hal müşahidə edilmir: “Biz bunu çox müsbət inkişaf kimi dəyərləndiririk. Və bu prosesin Ermənistanda nə zaman başa çatması artıq Ermənistan rəhbəri və cəmiyyətinə aid olan bir məsələdir. Azərbaycan tərəfi isə bu barədə baş verən inkişafları gözləyəcək”.

Bayramov bildirib ki, müvafiq məsələ həllini tapdıqdan sonra paraflanmış sülh sazişinin qarşısında başqa maneə görünmür.

Günel İbrahimova