Bu tarixi şəxsiyyətlər, doğrudanmı, olub? - Siyahı

bu-tarixi-sexsiyyetler-dogrudanmi-olub
Oxunma sayı: 5347

Tarixi şəxsiyyətlərin mövcudluğu barədə şübhələr illərdir dəqiq cavabını tapa bilmir.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, əsrlər öncə yaşamış tanınmış şəxslərin həqiqətən olub-olmaması hələ də müəmmalı görünür. Daha çox şəxsiyyəti şübhə doğuran məşhurlar isə bunlardır: 

Şekspir

Şekspirin biqorafiyası ətrafında hər zaman çoxlu fikirlər səsləndirilir. Onun əslində qadın olduğu, "Şekspir" ləqəbini istifadə etdiyi iddia olunur. İndiyədək bu iddia dəqiq təsdiqini tapmayıb. Bəziləri isə Şekspirin dramaturq Kristofer Marlounun əsərlərini oğurlayan biri olduğunu söyləyir. Marlou ilə Şekspirin eyni adam olduğunu deyənlər də var. 

Homer

"Odisseya" və "İlliada" əsərləri ilə tanınan Homer kor yunan şairi olub. Ancaq bəzi mənbələr onun əsərlərinin min illər öncə kağızda yazıldığını göstərir. Alimlərin bir qismi Homer adlı şairin ümumiyyətlə mövcud olmadığını, qədim mifləri və əsatirləri qoruyub saxlamaq üçün bu ad altında bir neçə yunan aliminin birləşdiyini söyləyir. 

Kral Artur 

Kral Artur və cəngavərləri Britaniya tarixinin əsas şəxsiyyətlərindən hesab olunurlar. Artur adlı şəxs, doğrudanmı, mövcud olub? Bəziləri iddia edir ki, Artur əslində Lüsi Artoru Kastus adlı Roma sərkərdəsi olub. Tarixçilər isə onun V yüzillikdə yaşamış Riot adlı britlərin kralı olduğunu söyləyirlər.

 

Konfutsi 

Konfutsi tez-tez sitat gətirilən filosoflardandır. O, qədim Çində ən müdrik insanlardan biri hesab edilir. Ancaq tarix onun da mövcudluğu haqda şübhələr içindədir. Belə ki, Konfutsi adlı filosofun varlığı haqda hələ heç bir orijinal mənbə tapılmayıb. 

Robin Qud

Əfsanələrə görə, Robin Qud varlıları talayıb, mal-mülklərini kasıblara paylayan biri olub. Onun haqqında əfsanələr XII və XIII əsrlərdə yayılmağa başlayıb. Əslində bu cür qəhrəmanlara tarixin istənilən dövründə rast gəlmək olar. İddialara görə, Britaniyada fəaliyyət göstərən cinayətkarların əksəriyyəti elə bu ad altında gizlənirmiş. Tarixçilər bildirirlər ki, əsl Robin Qud kral Conun düşməni Fulk Fitsuorin olub. 

Vilhelm Tell 

İsveçrəli Vilhelm Tell öz doğma oğlunun başında oxla alma vurmağa çalışdığı üçün Avstriyada cəza almaqdan qaçıb canını qurtarmış personajdır. Onu İsveçrənin əsl qəhrəmanı və vətənpərvər şəxsi hesab edirlər. Tarixlər isə onun uydurulmuş şəxs olduğunu bildirirlər. O həqiqətən cinayət törətmiş olsaydı, avstriyalılar çətin ki, onu cəzasız qoyardılar. 

Cek-Potroşitel

Dünya tarixinin ən qorxulu silsilə qətllər törətmiş canisi londonlu Cek-Potroşiteldir. Bəziləri əsasən əxlaqsızlıqla məşğul olan qadınların qatili sayılan bu şəxsin real olmadığını iddia edirlər. Deyilənə görə, Cek-Potrpşitel qadınları "günahkar sənət"dən uzaqlaşdırmaq üçün kilsənin və polisin uydurduğu obrazdır.