Partiyasının seçkilərdə məğlub olduğunu açıqladı

partiyasinin-seckilerde-meglub-oldugunu-aciqladi
Oxunma sayı: 1523

Serbiyanın keçmiş Prezidenti Aleksandr Vuçiç ölkənin hakim Serb Tərəqqi Partiyasının parlament seçkilərində məğlub olduğunu açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, o, seçkilərdə müxalif “Tələbə siyahısı”nın üstünlük qazandığını etiraf edib.

“Apardığımız hesablamalara əsasən, bu seçkiləri uduzduğumuz aydındır. “Tələbə siyahısı” qalib gəlib”, - keçmiş prezident vurğulayıb.

Bununla yanaşı, Vuçiç seçkilərin yekun nəticələrinin hələ açıqlanmadığını da qeyd edib.

Xatırladaq ki, A.Vuçiç sentyabrın 27-də istefa vermişdi.