Bu qidalar xərçəng riskini artırır - Həkimdən xəbərdarlıq

bu-qidalar-xerceng-riskini-artirir
Oxunma sayı: 48

Terapevt Əmir Xan bəzi qidaların tez-tez istehlak edilməsinin bağırsaq xərçəngi riskini artırdığı barədə xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, mütəxəssis söhbətin kolbasa, sosiska, qurudulmuş ət və digər emal olunmuş ət məhsullarından getdiyini bildirib.

Həkim izah edib ki, bu məhsulların hazırlanmasında nitritlərdən və digər konservantlardan istifadə olunur:

“Orqanizmdə onlar N-nitrozo birləşmələrinə çevrilir və özlüyündə bağırsaq xərçəngi riskini artıra bilir. Bu maddələr mutasiyaları gücləndirə bilər”.

Ə. Xan qeyd edib ki, ideal halda bu qidaları ümumiyyətlə yeməmək daha yaxşıdır, lakin praktikada tam imtina mümkün deyil. Buna görə də həkim daha real hədəflərə yönəlməyi — məsələn, emal olunmuş ət məhsullarını həftədə bir dəfədən çox yeməməyi tövsiyə edib.