ABŞ-nin Filadelfiya ştatında 1597 nəfər turşu xiyar kostyumu geyinərək qeyri-adi dünya rekorduna imza atıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.
Bildirilib ki, qeyri-adi rekord Milli Turşu Xiyar Günü (National Pickle Day) münasibətilə keçirilən “The Big Dill” festivalında baş verib.
“Turşu xiyarların paradı” adlandırılan tədbirdə iştirakçılar yaşıl rəngli xiyar kostyumları ilə bir araya gəliblər. Nəticədə eyni məkanda turşu xiyar geyimində toplaşan insanların sayına görə dünya rekordu qeydə alınıb.
Bununla da 2017-ci ildə Yaponiyada 888 nəfərin meyvə-tərəvəz kostyumunda bir araya gəlməsi ilə müəyyənləşən əvvəlki rekord geridə qalıb.
Festival çərçivəsində daha bir qeyri-adi rekord da qeydə alınıb. Sürətli yemək yarışlarının iştirakçısı Molli Şayler altı dəqiqə ərzində 3,56 kiloqram turşu xiyar yeyərək bu sahədə yeni nəticə göstərib.













Son xəbərlər
Son Xəbərlər