Bu ölkədə qar səbəbilə minlərlə aviareys təxirə salındı

bu-olkede-qar-sebebile-minlerle-aviareys-texire-salindi
Oxunma sayı: 2003

Çində minlərlə aviareys təxirə salınıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb ölkənin şimalında müşahidə edilən soyuq hava və qar yağışı olub.

Bildirilib ki, dünən ölkə daxilində planlaşdırılan 16 min uçuşdan 4 min 333-ü ləğv edilib.

4 min 191 daxili, 142 beynəlxalq reys isə pis hava şəraiti səbəbindən yerinə yetirilməyib.

Çin Meteorologiya İdarəsi bütün ölkəni əhatə edən soyuq dalğa ilə əlaqədar “narıncı həyəcan” elan edib.

Çinin dördmərhələli soyuq hava xəbərdarlığı sistemində “narıncı” siqnalı ikinci səviyyəsini təmsil edir. Təcililik sırasına görə, “qırmızı” ən yüksək səviyyə hesab olunur, ondan sonra “narıncı”, “sarı” və “mavi” gəlir.