İsveç HƏMAS tərəfdarlarını ölkədən deportasiya edə bilər

isvec-hemas-terefdarlarini-olkeden-deportasiya-ede-biler
Oxunma sayı: 2728

İsveç hakimiyyəti terror təşkilatlarını dəstəkləyən şəxsləri ölkədən deportasiya edə bilər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin miqrasiya naziri Mariya Malmer bildirib.

Nazir həmin terror təşkilatlarının sırasında HƏMAS-ın da yer aldığını vurğulayıb.

"Əgər insanlar terrorun gətirdiyi ölümü dəstəkləmək qərarına gəlsələr, onların İsveçdə qalıb-qalmaması haqqında düşünmək lazımdır", - deyə Malmer qeyd edib.