Azərbaycanda dekabrın 31-də gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata əsasən, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 8-10° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 31-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında
Əsasən yağmursuz hava müşahidə olunacaq. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 4-9° isti olacaq.