Bu gün millimizin oyunu var

bu-gun-millimizin-oyunu-var
Oxunma sayı: 1460

Azərbaycan futbol millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununu keçirəcək.

“Qafqazinfo” xəbər verir ki, D Liqasının 2-ci qrupunda mübarizə aparan yığmamız səfərdə Lixtenşteynlə qarşılaşacaq.

Vaduts şəhərindəki “Reynpark” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

13 noyabr

23:45. Lixtenşteyn - Azərbaycan

Baş hakim: Kristo Tohver (Estoniya)

“Rheinpark” stadionu, Vaduz.