Boşanmaq qərarı verdilər

bosanmaq-qerari-verdiler
Oxunma sayı: 1339

Türkiyəli tanınmış aktyor Selahattin Paşalı və həyat yoldaşı Lara Paşalı boşanmaq qərarına gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “KLASS Magazin” jurnalı yayıb. 

Məsələ ilə bağlı digər detallar açıqlanmayıb. Tərəflərdən heç biri də öz növbəsində bu məlumatları hələ şərh etməyib. 

Xatırladaq ki, bu ilin aprel ayında da Selahattin ilə Laranın boşanacağı barədə məlumat yayılmışdı. Bunun ardınca, cütlük mətbuata birgə açıqlama verərək hazırda evliliklərinin çətin dövrdən keçdiyini, lakin bunun üzərində çalışdıqlarını bildirmişlər.

Onu da qeyd edək ki, 2022-ci ilin 16 aprelində nikah masasına oturan S.Paşalı və L.Paşalının həmin ilin iyul ayında qızları Leyla Pera dünyaya gəlib.