Borrell İsrailin HƏMAS-ı maliyyələşdirdiyini iddia edir

borrell-israilin-hemas-i-maliyyelesdirdiyini-iddia-edir
Oxunma sayı: 2851

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib ki, İsrail Dövləti Fələstin Muxtariyyətini zəiflətmək üçün HƏMAS yaraqlı qruplaşmasının yaradılmasını maliyyələşdirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.

Bildirilib ki, Borrell Valyadolid Universitetindəki çıxışında bu haqda danışsa da, maliyyələşdirmənin təfərrüatlarını açıqlamayıb.

Nəşr qeyd edir ki, İsrailin Baş naziri Benyamin Netanyahu siyasi rəqiblərinin və bəzi KİV-lərin hökumətinin uzun illərdir Qəzza zolağında HƏMAS-a fəal dəstək verməsi ilə bağlı ittihamlarını rədd edib.