Boran Kuzum çəkiliş zamanı xəsarət aldı - Əməliyyat olundu

boran-kuzum-cekilis-zamani-xesaret-aldi
Oxunma sayı: 481

Tanınmış türkiyəli aktyor Boran Kuzum İtaliyada çəkiliş meydançasında bədbəxt hadisə ilə üzləşib.

“Qafqazinfo” xəbər verir ki, “Netflix” platforması üçün lentə alınan “Big Mistakes” serialının ikinci mövsümünün son səhnəsinin çəkilişləri zamanı aktyorun topuğu burxulub və o, ciddi zədə alıb.

Hadisədən sonra əməliyyat olunan Boran Kuzum səhhəti ilə bağlı açıqlama verib və bunun çəkiliş prosesində baş verən gözlənilməz bir qəza olduğunu bildirib: “Çəkiliş meydançasında kiçik bir qəza baş verdi. İtaliyada “Big Mistakes” serialının ikinci mövsümünü çəkirik. Son səhnədə topuğum burxuldu. Əməliyyat olundum, dostlar. Çəkiliş meydançalarında belə hallar olur”.

Qeyd edək ki, əməliyyatdan sonrakı bərpa prosesinin nə qədər davam edəcəyi barədə hələlik ətraflı məlumat verilməyib.