BMT Təhlükəsizlik Şurasının 2022-2023-cü illər üçün 5 yeni qeyri-daimi üzvü seçilib.
“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, onlar Braziliya, BƏƏ, Albaniya, Qana və Qabondur.
Qərar BMT TŞ-nin cümə günü keçirilən seçkilərinin yekunlarına dair qəbul edilib.
Qeyd olunan ölkələr 2020-ci ilin yanvarından TŞ-nin qeyri-daimi üzvü olan Vyetnam, Niger, Sent-Vinsent və Qrenadin, Tunis və Estoniyanı əvəz edəcək.
Ümumilikdə, BMT Təhlükəsizlik Şurasına beş daimi və on qeyri-daimi üzv daxildir.
Seçkilər hər il keçirilir, onların nəticələrinə görə, TŞ-nin qeyri-daimi üzvlərinin yarısı əvəz olunur.