Blinken yenidən İsraildədir - Foto

blinken-yeniden-israildedir
Oxunma sayı: 1220

ABŞ dövlət katibi Entoni Blinken İsrailə səfər edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Dövlət Departamentinin mətbuat katibi Metyu Miller “X” hesabında yayıb.

“Blinken qalan bütün girovların evlərinə qayıtmasının təmin olunması istiqamətində davam edən səyləri müzakirə etmək üçün İsraildədir. Münaqişənin mülki şəxslərə təsirini məhdudlaşdırmaq və Qəzzada fələstinlilərə çatan humanitar yardımı artırmaq vacibdir”, - Miller vurğulayıb.

Qeyd edək ki, bu, Blinkenin oktyabrın 7-si Yaxın Şərqdə vəziyyətin kəskin pisləşməsindən sonra İsrailə beşinci səfəridir.