Bir yaşlı uşaq 11-ci mərtəbədən yıxılıb öldü

bir-yasli-usaq-11-ci-mertebeden-yixilib-oldu
Oxunma sayı: 2303

Bakıda 1 yaşlı uşaq bədbəxt hadisənin qurbanı olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Qaradağ rayonu S.Orucov küçəsində baş verib.

2025-ci il təvəllüdlü Alina Mərhəmət qızı Hüseynzadə yaşadığı 11-ci mərtəbədəki mənzilin eyvanından yıxılıb. O, hadisə yerində vəfat edib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.