Bir neçə günə 30 mülki şəxs ölüb

bir-nece-gune-30-mulki-sexs-olub
Oxunma sayı: 653

ABŞ-nin İranın cənub bölgələrinə endirdiyi zərbələr nəticəsində azı 30 mülki şəxs həlak olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran hökumətinin mətbuat katibi Fatimə Mohecerani “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib. 

“Son bir neçə gün ərzində İranın cənub hissəsinə edilən hücumlar nəticəsində 30-dan çox mülki şəxs həlak olub”, - paylaşımda deyilir. 

Xatırladaq ki, ABŞ hərbi qüvvələri iyulun 8-dən etibarən İrana qarşı silsilə hücumlar həyata keçirir. İran tərəfi isə buna Yaxın Şərqin bir sıra ölkələrində yerləşən ABŞ hərbi bazalarına zərbələr endirməklə cavab verir.