Biləsuvar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün axşam saatlarında əvvəlki Bakı-Astara magistralının rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan motosikletlə “Atego” markalı yük avtomobili toqquşub.
Qəza nəticəsində motosikletin sürücüsü, rayon sakini 2006-cı il təvəllüdlü Elşən Şahmarlı aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər