İki partiyanın birləşməsi rəsmiləşdi

iki-partiyanin-birlesmesi-resmilesdi
Oxunma sayı: 964

Partiyanın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, görüşdə VİP və “Odlu Yurd” Xalq Partiyasının vahid strukturda birləşməsi məsələsi ətraflı müzakirə olunub, bu siyasi təşkilatların VİP tərkibində birləşməsi və fəaliyyət göstərmələri qərara alınıb.

Müzakirələrdən sonra VİP sədri Əli Əliyev və “Odlu Yurd” Xalq Partiyası Mərkəzi Təşəbbüs Qrupunun sədri Nazim Məmmədov arasında partiyaların birləşdirilməsinə dair müvafiq protokol imzalanıb.

Görüşün sonunda qarşıdakı günlərdə partiyaların struktrularının inteqrasiyası ilə əlaqədar geniştərkibli tədbirin təşkilinə dair qərar qəbul olunub.