“Bəzi qazilərin kredit borclarının silinməsi məsələsinə baxıla bilər”

bezi-qazilerin-kredit-borclarinin-silinmesi-meselesine-baxila-biler
Oxunma sayı: 3899

“Son antiterror əməliyyatları zamanı və ondan öncə Vətən müharibəsində həlak olan şəxslərin və ailə üzvlərinin banklara olan borcları tamamilə silinib”.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev deyib.

O bildirib ki, qazilərin kredit borclarına hesablanmış faizlər dayandırılıb. Bundan başqa, fərdi müraciətlər əsasında mövcud borcların silinməsinə baxıla bilər.