Beşotaqlı ev tamamilə yandı

besotaqli-ev-tamamile-yandi
Oxunma sayı: 2239

İmişli rayonunda güclü yanğın olub.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, Qaralar kəndində ümumi sahəsi 120 m² olan birmərtəbəli 5 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 100 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.