“Beşiktaş” - “Neftçi” matçının saatı dəyişdirilib?

besiktas-neftci-matcinin-saati-deyisdirilib
Oxunma sayı: 2639

“Beşiktaş” – “Neftçi” oyununun saatının dəyişdirilməsi ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb.

Məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verən “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev deyib ki, görüş əvvəldən saat 22:00-a təyin olunub, lakin UEFA səhvə yol verərək oyunun vaxtını 21:00 qeyd edib.

“Əslində saat dəyişdirilməyib. “Beşiktaş”dan da bildirilib ki, görüş saat 22:00-dadır (Bakı vaxtı ilə). Sadəcə olaraq UEFA-nın səhvi olub, saytlarında 21:00 (Bakı vaxtı ilə) göstərilib. Elə dünən “Beşiktaş” nümayəndələri bizim yanımızda UEFA-ya zəng etməyə çalışırdılar ki, səhv düzəldilsin. “Beşiktaş” azarkeşləri ilə bağlı da problem yaranmayacaq. Çünki “Beşiktaş” azarkeşləri əvvəlcədən matçın düzgün saatını bilirdilər”, - klub rəsmisi əlavə edib.