“Benzin ala biləcək vəziyyətdə deyilik” - Qalın geyinməyə çağırdı

benzin-ala-bilecek-veziyyetde-deyilik
Oxunma sayı: 1281

“Biz benzin ala biləcək vəziyyətdə deyilik”.

“Qafqazinfo” xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Tehran Universitetində Tələbə Bəsic Təşkilatının təşkilatçılığı ilə keçirilən “Tərəqqinin Pionerləri Enerji Seminarı”nda deyib.

O, neft satışında və ölkəyə xarici valyuta axınında yaranan çətinliklərə diqqət çəkərək enerji istehlakı vərdişlərinin dəyişdirilməsinin vacibliyini vurğulayıb.

Müharibə şəraitində ölkənin üzləşdiyi sınaqlara toxunan Pezeşkian enerji sektorunun idarə olunmasının strateji əhəmiyyət daşıdığını bildirib. Prezident resurslardan istifadədə istehlak mədəniyyətinin yenilənməli olduğunu vurğulayaraq, tədbirin keçirildiyi salonun həddindən artıq qızdırılmasını və işıqların lazımsız yerə yandırılmasını tənqid edib.

Dövlət başçısınını sözlərinə görə, bu cür toplantılarda təbii işıqdan yararlanmaq, iştirakçıların isə daha qalın geyinməsi hesabına istilik enerjisinə tələbatı azaltmaq mümkündür.

Neft satışında və valyuta gəlirlərinin ölkəyə gətirilməsində ciddi problemlərin yaşandığını etiraf edən Məsud Pezeşkian benzin təchizatındakı çətinliklərə də toxunub: “Biz benzin ala biləcək vəziyyətdə deyilik, lakin zəruri addımlar atmalıyıq. Əgər bu problem həll olunmasaydı, benzin idxalına 12 milyard dollar xərcləməli olardıq. Əvvəllər benzin idxal edirdik, amma görülən tədbirlər sayəsində artıq idxalı dayandırmışıq”.