Belqoroda hücum nəticəsində ölənlərin sayı artdı

belqoroda-hucum-neticesinde-olenlerin-sayi-artdi
Oxunma sayı: 4624

Rusiyanın Belqorod şəhərinin dekabrın 30-da atəşə tutulması nəticəsində ölənlərin sayı artıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov özünün teleqram kanalında məlumat verib.

“Təəssüf ki, Belqorodun atəşə tutulmasından sonra ölənlərimizin sayı artdı, onların sayı 22 oldu. Qurbanlardan biri gecə saatlarında xəstəxanada öldü. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, - deyə qeyd edib.

Qladkovun sözlərinə görə, hazırda xəstəxanalarda 109 yaralı var.

Qubernator bildirib ki, atəş nəticəsində 30-a yaxın çoxmərtəbəli yaşayış binası, bir neçə fərdi yaşayış evi və çoxlu avtomobil zərər görüb.

Qeyd edək ki, ötən gün Rusiyanın Belqorod şəhərinin mərkəzi atəşə tutulub. Rusiya tərəfi hücumun Ukrayna Ordusu tərəfindən olunduğunu açıqlayıb.