Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov somalili həmkarı Əli Məhəmməd Ömər ilə görüşüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN-in “X” sosial şəbəkə səhifəsində məlumat verilib.
Görüş Uqandada keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 19-cu Zirvə Toplantısı çərçivəsində baş tutub.
Tərəflər regional və beynəlxalq təşkilatlar, o cümlədən BMT, İƏT və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığı müzakirə ediblər.
Son xəbərlər
Son Xəbərlər