Başgicəllənmə zamanı ilk kimə müraciət etməliyik?

basgicellenme-zamani-ilk-kime-muraciet-etmeliyik
Oxunma sayı: 3807

Başgicəllənmə müxtəlif xəstəliklər səbəbi ilə ortaya çıxdığı üçün xəstələr çox vaxt nevroloq və terapevtlərə müraciət edirlər. Amma unutmamaq lazımdır ki, cəmiyyətdə olan ən çox yayılmış başgicəllənmə səbəbi qulaq mənşəli xəstəliklərdir. Bu zaman siz mütləq Otonevrologiya üzrə ixtisaslaşmış lor həkiminə müraciət etməlisiniz ki, doğru diaqnostika və müalicə alasınız.

Azərbaycanda ilk və tək olan Otonevrologiya mərkəzi Lor Hospitalda yaradılıb. Burada başgicəllənməsi xəstələrinin diaqnostikası və müalicəsi aparılır. Mərkəzdə bunun üçün dünyada vertigo xəstələrinin müayinəsində istifadə olunan Videonistaqmoqrafiya (VNQ)  cihazı qurulmuşdur. Başgicəllənməsi xəstələrinin ümumi müayinəsi, anamnezi və VNG müayinə nəticələri diaqnoz qoyması üçün çox önəmlidir. Bütün məlumatlar və cihazın məlumatları birlikdə toplandıqda xəstəyə doğru diaqnoz və uyğun müalicəni təyin etmək daha doğru və effektiv olur. Qulaq mənşəli baş gicəllənməsinin əsas səbəbi əksər hallarda  BPPV- xoşxassəli pozisyonal paroksizmal vertiqodur. Bu da dərmanla müalicə olunmayan bir xəstəlikdir. Müxtəlif düzəldici manevralarla bu kanala görə müalicə olunur. Nəticədə bir həftə sonra xəstədə bütün simptomlar aradan qalxmış olur.  

- VNQ cihazının üstünlükləri nədən ibarətdir? 

- Azərbaycanda təkdir və dünyada baş gicəllənmə diaqnostikasında ən çox istifadə edilən cihazdır. Əlbəttə ki, üstünlükləri çoxdur. Baş gicəllənməsi olan şəxslərdə gözlərin bizdən asılı olmadan istəksiz şəkildə asimmetrik və spesifik atımı baş verir. Buna tibbi dildə nistaqm deyilir. Cihazın üstünlüyü odur ki, yüksək həssaslığa malik olan kamerası ilə gözdə olan istənilən patoloji atımı tuta bilir.

Qeyd edək ki, Başgicəllənmə mərkəzinin rəhbəri Otonevroloq-Otolarinqoloq Dr.Nigar Muradovadır.

Lor Hospital

İxtisaslaşmış Tibbi Xidmətin Tək Ünvanı

Ünvan : Əhməd Rəcəbli küç 19K

Çağrı mərkəzi : *0111

Whatsapp dəstək : 0514770111

https://www.instagram.com/lor_hospital/

https://www.facebook.com/lorhospital.az