Balon qazından boğulub öldü

balon-qazindan-bogulub-oldu
Oxunma sayı: 2116

Goranboyda qadın qazdan boğularaq ölüb.

“Qafqazinfo” xəbər verir ki, yanvarın 17-də 1998-ci il təvəllüdlü Şabanlı Dürdanə Mərdan qızı Qaradağlı kəndində yaşadığı birotaqlı evdə quraşdırılmış qaz balonundan sızan qaz nəticəsində zəhərlənərək ölüb.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.