Balakəndə 66 yaşlı kişi bıçaqlandı - Qardaşı saxlanıldı

balakende-66-yasli-kisi-bicaqlandi
Oxunma sayı: 395

Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Mahamalar kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1957-ci il təvəllüdlü Məhəmməd Malahov sərxoş halda qardaşı, 1960-cı il təvəllüdlü Sədrəddin Malahova bıçaqla xəsarət yetirib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən M. Malahov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.