Bakının bir neçə küçəsində yollar təmirə görə bağlanır - Xəbərdarlıq

bakinin-bir-nece-kucesinde-yollar-temire-gore-baglanir
Oxunma sayı: 447

Sabahdan Suraxanı və Sabunçu rayonlarının bir neçə küçəsində təmir işləri aparılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Avtomobil Yolları Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirlib ki, təmir işləri ilə əlaqədar olaraq qeyd olunan küçələrin müəyyən hissələrində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Suraxanı rayonu, Əmircan qəsəbəsi:

-1-ci Əmircan küçəsinin Mövsüm Bəydəmirov küçəsi ilə kəsişməsindən Nəsirəddin Tusi küçəsi ilə kəsişməsinədək olan hissəsində;

-Cəfər Cabbarlı küçəsinin 1-ci Əmircan küçəsi ilə kəsişməsindən Həmid Axundlu küçəsi ilə kəsişməsinədək olan hissəsində.

Sabunçu rayonu, Bakıxanov qəsəbəsi:

-Məhsəti Gəncəvi küçəsinin Xəlil bəy Xasməmmədov küçəsi ilə kəsişməsindən Əli Kərim küçəsi ilə kəsişməsinədək olan hissəsində;

-Xəlil bəy Xasməmmədov küçəsinin Qaçaq Nəbi küçəsi ilə kəsişməsindən Səməd bəy Mehmandarov küçəsi ilə kəsişməsinədək olan hissəsində.

Agentlik sürücülərdən məhdudiyyətləri nəzərə alaraq hərəkət istiqamətlərini əvvəlcədən müəyyənləşdirmələrini, alternativ yollardan istifadə etmələrini və təmir işlərinə anlayışla yanaşmalarını xahiş edib.