Bakıda yerüstü keçiddə təhlükəli vəziyyət - Video-Yenilənib

bakida-yerustu-kecidde-tehlukeli-veziyyet
Oxunma sayı: 936

Paytaxtın Qala qəsəbəsində “Stansiya Qala” adlanan ərazidə yerüstü keçidin təhlükəli vəziyyətdə olduğu bildirilir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılır.

Belə ki, görüntülərdə keçidin bir hissəsinin kafelinin qopması və həmin hissənin altının dikdən olduğu görünür.

Həmin görüntüləri təqdim edirik:

***

AAYDA-nın İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentini müdiri Anar Nəcəfli “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, məsələ nəzarətə götürülüb:

“Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən dərhal aidiyyəti üzrə xüsusi tapşırıq verilib.

Qala–Pirallahı avtomobil yolunun 3,6-cı kilometrliyində yerləşən sözügedən piyada keçidi 2021-ci ildə istifadəyə verilib.

İlk növbədə, piyadaların təhlükəsizliyinin təmin edilməsi, mövcud nasazlığın operativ şəkildə aradan qaldırılması və problemin yaranma səbəblərinin hərtərəfli araşdırılması istiqamətində müvafiq tədbirlərin görülməsi tapşırılıb.

Məsələ Agentlik tərəfindən nəzarətə götürülüb və araşdırmanın nəticələrinə uyğun olaraq zəruri tədbirlər görüləcək”.