Ölkə ərazisinin əksər yerlərində küləkli hava şəraiti müşahidə edilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 27, Ağstafada 23, Naftalan, Tovuz və Neftçalada 20, Mingəçevir və Goranboyda 19, Daşkəsəndə 18, Şabranda 17, Qobustan və Şamaxıda 16, Şəkidə 15 m/s-dək güclənir.
***
Saat 20:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti davam edir.
Kürdəmir, İmişli, Yevlax, Naftalan, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Tərtər və Beyləqanda yağış, Xınalıq və Şahdağda isə arabir qar yağır.
Şimal-qərb küləyinin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 28, Mingəçevirdə 24 m/s-dək güclənir.
Son xəbərlər
Son Xəbərlər