Bakıda Türk Dünyası II Meteorologiya Forumu keçiriləcək

bakida-turk-dunyasi-ii-meteorologiya-forumu-kecirilecek
Oxunma sayı: 1298

Noyabrın 15-də Bakıda Türk Dünyası II Meteorologiya Forumu keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, Forumda türkdilli ölkələrin ətraf mühit və iqlim dəyişmələri nazirləri, hidrometeorologiya xidmətlərinin rəhbər şəxsləri, dövlət qurumlarının nümayəndələri və ekspertlərin  iştirakı gözlənilir.

Forumun keçirilməsində məqsəd iqlim dəyişmələri sahəsində  əlaqələndirilmiş fəaliyyətin aparılması, ekstremal hava şəraiti ilə bağlı erkən xəbərdarlıq sisteminin qurulması üzrə təcrübə mübadiləsinin genişləndirilməsidir.

Xatırladaq ki, 19 fevral 2021-ci il tarixində Türkiyənin Ankara şəhərində Türk Dünyası I Meteorologiya Forumu keçirilmişdi.