Bakıda turistləri daşıyan mikroavtobus qəza etdi

bakida-turistleri-dasiyan-mikroavtobus-qeza-etdi
Oxunma sayı: 1236

Bakıda turistləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsində baş verib.

Əcnəbi turistləri daşıyan mikroavtobusda qəfil nasazlıq yaranıb və avtomobil yoldan çıxaraq maneəyə çırpılıb. Hadisə nəticəsində mikroavtobusun sürücüsü, 1977-ci il təvəllüdlü Şaiq Məmməd oğlu Qədirov ağır bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.